
Parklardakı atraksionlarda qiymətlər “əl yandırır” - “Bu az qala sosial terrordur” – Nə etməli?
Parklardakı atraksionlarda qiymətlər “əl yandırır” - “Bu az qala sosial terrordur” – Nə etməli?
Yusif Nəzərli
15:44 12.04.2022
İqtisadiyyat
1203
Elçin Bayramlı:“Niyə uşaq öz uşaqlığını yaşamasın? Bu uşaqlar üçün psixoloji travmadır. Biz özümüzə gələcəkdə nifrət edən nəsil yetişdiririk”
“Bu uşaqlar gələcəkdə öz ölkəsinə buna görə nifrət edəcək. Bu çox pis tendensiyadır”
“Ona görə, bütün atraksionları bələdiyyənin nəzarətinə vermək lazımdır və tender elan olunmalıdır”
Son zamanlar parklarda müşahidə olunan bahalıq əhalinin böyük qisminin narazılığına səbəb olur. Xüsusilə də, valideynlərin uşaqları ilə üz tutduğu parklardakı qiymətlər “əl yandırır”. Azyaşlılar üçün nəzərdə tutulmuş atraksionların qiymətləri isə “ceyran belindədir”. Çox qısa müddət üçün tələb olunan məbləğ parklara üz tutan insanlarınn ciddi reaksiyasına səbəb olur.

Sözügedən mövzu ilə bağlı “Sherg.az”a danışan "Sağlam Cəmiyyət” Hərəkatının rəhbəri, sosioloq, jurnalist Elçin Bayramlı bildirib ki, bu parklardan cəmiyyətin bütün təbəqələri istifadə edə bilməlidir:
“Parklarda atraksiyonlar sahibkarlara məxsusdur və onlar park rəhbərliyinə icarə haqqı verir. Dənizkənarı Milli Parkda xüsusilə bahalıqdır. Həmin parkın digərlərindən fərqli olaraq, milli park statusu var. Yəni, bu park bütün sosial təbəqələr üçün əlçatan olmalıdır. Amma heç orta təbəqə də bu parklarda uşaqları ilə istirahət edə bilmir. Qiymətlər həddən artıq bahadır”.
Ekspert qeyd edib ki, qiymətlərin baha olmasında rüşvət amili də var:
“Hər adamı atraksion qoymağa buraxmırlar. Həm də həmin şəxslərdən rəsmi və qeyri-rəsmi ödənişlər alırlar. Onlar da məcbur olub qiyməti baha edirlər. Digər şəhər parklarında da belədir. Ən ucuz atraksiyon 1-2 manatdır. Hətta “Şeytan Çarxı” atraksionunda qiymət səhv etmirəmsə, 6 manatdır. Adi bir yelləncəkdir, 100 insan eyni anda ondan istifadə edə bilir. Onun maya dəyəri nədir ki?! Belə çıxır, onlar gün ərzində 10 min manat qazanmaq istəyirlər”.
E.Bayramlı sözügedən məsələ üçün çıxış yolunu parkların bələdiyyə nəzarətinə verilməkdə görür:
“Bu, belə olmamalıdır. Bütün ölkələrdə istirahət parkları, açıq idman mərkəzləri bələdiyyənin nəzarətindədir. Bizdə də eyni qayda tətbiq olunmalıdır. Təkcə atraksiyonlar yox, velosiped sürmək və tennis oynamaq üçün qiymətlər də həddən artıq bahadır.
Bu biabırçılıqdır, qarşısını almaq lazımdır. Çünki ölkənin hamısı heç də imkanlı deyil. Az təminatlı təbəqlər də var. Sağlam gələcək nəsil böyütmək istəyiriksə, ölkəmizdə uşaqları sındırmamalıyıq. Niyə uşaq öz uşaqlığını yaşamasın? Bu uşaqlar üçün psixoloji travmadır.
Biz özümüzə gələcəkdə nifrət edən nəsil yetişdiririk. Bu uşaqlar gələcəkdə öz ölkəsinə buna görə nifrət edəcək. Bu çox pis tendensiyadır, az qala sosial terrordur. Ona görə, bütün atraksionları bələdiyyənin nəzarətinə vermək lazımdır və tender elan olunmalıdır.
Bu özlərinə də xeyir edəcək. Sərf edilən eyni enerjiyə daha çox insan maraq göstərəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual
Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
17:17 17.11.2026
Ölkə
Ehtiyac meyarı ilə bağlı qanun layihəsi ilk oxunuşdan keçdi
17:09 17.11.2026
Sosial
Nazim İbrahimovun yeni fotosu heyrətləndirdi - FOTO
16:58 17.11.2026
Cəmiyyət
Əmək haqqı ödənişləri elektronlaşdırılacaq
16:55 17.11.2026
Sosial
Gələn il üçün ehtiyac meyarı 314 manat olacaq
16:23 17.11.2026
Sosial
Qərb Ermənistanı Rusiya ilə üz-üzə qoya bilər - Politoloq
16:12 17.11.2026
Gündəm
Rusiyada internet kəsilib
16:06 17.11.2026
Dünya
Tramp İrana sərt xəbərdarlıq edib
15:45 17.11.2026
Dünya
Ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb
14:57 17.11.2026
Sosial