
Parlamentari: Xankəndi görüşü regional əməkdaşlığın inikşafına yeni impuls verəcək
09:19 03.07.2025
İqtisadiyyat
664
İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycanın regional və beynəlxalq nüfuzunun artdığını göstərir. Bu, həm də Qarabağın sülh və yenidənqurma mərhələsində beynəlxalq ictimaiyyətə açılması baxımından mühüm hadisədir.
Azərbaycan 1992-ci ildən ECO-nun üzvü kimi enerji, nəqliyyat, ticarət, kənd təsərrüfatı və ekologiya sahələrində mühüm təşəbbüslərlə çıxış edir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və Trans-Xəzər Marşrutu kimi layihələr regionda Azərbaycanın iqtisadi və logistik liderliyini möhkəmləndirib.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanın nəqliyyat infrastrukturu ECO ölkələri üçün tam açıqdır. Bu da ölkəmizin Şərq-Qərb və Şimal-Cənub dəhlizlərində strateji aktora çevrilməsinə şərait yaradıb.
Eyni zamanda, Azərbaycan yaşıl enerji sahəsində də liderlik iddiası ilə çıxış edir. “Təmiz Enerji Mərkəzi”nin yaradılması və ECO ölkələri arasında enerji inteqrasiyası təşəbbüsləri dayanıqlı inkişaf hədəflərinə xidmət edir.
Zirvə görüşünün Xankəndidə keçirilməsi həm siyasi, həm də iqtisadi baxımdan rəmzi məna daşıyır. Bu tədbir Azərbaycanın ECO çərçivəsində təşəbbüskar mövqeyini və regionun inkişafına verdiyi töhfəni bir daha təsdiqləyir.
Millət vəkili Azər Badamov "Sherg.az"a bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə olan beynəlxalq etimadın göstəricisidir:

“Xüsusilə bu görüşün Xankəndində keçirlməsinin böyük tarixi və siyasi əhəmiyyəti var. Çünki, Xankəndi uzun illər idi ki, Ermənistanın işğalı altında olduğundan beynəlxalq tədbirlərə ev sahibliyi edə bilmirdi. Bu gün isə Xankəndimiz çiçəklənir və beynəlxalq tədbirlərin ev sahibliyi etdiyi mərkəzə çevrilir. Bu bir daha dünya ictimaiyyətinə Xankəndinin Azərbaycanın əzəli şəhəri olduğunu təqdim edəcək. Həm də ölkəmizə gələcək dövlət başçıları işğaldan azad olunmuş ərazilərin necə dirçəldiyinin şahidi olacaqlar. İşğaldan azad olunmuş torpaqlar investisiya və fəaliyyətlər üçün xüsusi güzəştlər nəzərdə tutulan ərazilərdir. Bu baxımdan İƏT-ın zirvə toplantısının Xankəndidə keçirilməsi həm də bu ərazilərin daha yaxşı tanıtmağımıza və investisiyaların cəlb etməyimizə imkan verəcək”.
Parlament üzvü vurğulayıb ki, İqtisadi Əməkdaşlıq Təşkilatına daxil 10 ölkənin dövlət başçıları Xankəndiyə səfər etməklə iqtisadi, humanitar mövzularda və beynəlxalq gündəliyi narahat edən məsələləri müzakirə edəcəklər:
“Bu gün beynəlxalq nizam özünün ən çətin dövrünü yaşayır. Beynəlxalq münasibətlərin mürəkkəb bir dövründə dövlət başçıları məhz Xankəndidən qlobal əhəmiyyəli mesajlar verəcəklər. Xankəndi görüşü həm də regional əməkdaşlığın inikşafına yeni bir impuls verəcək. Çünki, Azərbaycanın ərsəyə gətirdiyi nəqliyyat dəhlizləri nəinki bu təşkilata daxil ölkələri, həm də böyük bir coğrafiya arasında fiziki bağlantı yaradır. Bu da bütün dost ölkələrə yeni faydalar gətirir. Beləliklə Azərbaycanın ev sahiblkiyi bu mötəbər tədbirdə ölkələrarası münasibətlərin dərinləşməsinə və beynəlxlaq əhəmiyyətli məsələləri müzakirə edərək çağırışlar etməklə yeni dünyanın yaranmasına töhfə veriləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya