Polkovnik əmindir ! -“Maaş məsələsi hərbçilərin xeyrinə həll olunacaq”
Banuçiçək Kalbalıyeva
09:38 02.02.2021
İqtisadiyyat
2470
“Bakıda xidmət edənlə Kəlbəcərdə döyüşən zabitin əmək haqqı eyni olmamalıdır. Bu, aydındır”
“Narahatlığa ehtiyac yoxdur. Verilən qərardan hamı məmnun olacaq”
Milli Məclisin dünən keçirilən iclasında hərbçilərin maaşı yenidən müzakirəyə çıxarılıb. Deputat Səyavuş Novruzov deyib ki, yanvar ayınadək hərbçilərin maaşı kəsilə bilməzdi: “Burada problem yaranıb. Çünki bu məsələ müharibədən əvvəl öz həllini tapmış məsələdir. Yanvara qədər maaş verildikdən sonra yeni dislokasiyaya ehtiyac yarana bilər. Təbii ki, ön cəbhədə olan hərbçi ilə Bakıda oturan hərbçi eyni maaşı ala bilməz. Bu, dünya təcrübəsində də belədir. Bizim qalib hərbçilərimiz təltif olunmalı, hər cür mükafata layiq görülməlidir. Ancaq verilən açıqlamada hansısa qanunun maddəsi ilə əlaqələndirməyə çalışdılar, bu, səhvdir. Bu, icra mexanizmidir”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov cəmiyətdə birmənalı qarşılanmayan və ciddi müzakirələrə səbəb olan məsələyə dair fikirlərini “Sherg.az”la bölüşüb:
“İndiyədək “cəbhə xətti”, “təmas xətti” anlayışları var idi. Və orada xidmət edənlər ikiqat maaş alırdılar. Lakin indi döyüş bölgəsi yoxdur. Həmçinin heç kim müharibənin belə tez bitəcəyini gözləmirdi.
Ona görə də maaşların müəyyənləşməsinə dair yeni meyarlar, normativ aktlar müəyyənləşməyib. Buna baxmayaraq, ciddi müzakirələr gedir.
Prezident, Ali Baş Komandan İlham Əliyevin də mövqeyi aydındır: o, həmişə hərbçilərin sosial rifahının qayğısına qalıb. Ona görə də narahatlığa əsas yoxdur. Hər kəs bilməlidir ki, məsələ hərbçilərin xeyrinə həll olunacaq”.
Ş.Ramaldanov, həmçinin prosesin başqa bir tərəfinə də toxunub:
“Əlbəttə, Bakıda xidmət edənlə Kəlbəcərdə döyüşən zabitin maaşı eyni olmamalıdır. Bu, aydındır. Mənfi cəhət ondan ibarətdir ki, məsələni sosial şəbəkədə qaldıranlarınların çoxu hərbçilər yox, hərbi mundir geyinib, bundan sui-istifadə edənlərdir.
Amma, bəlkə də, məsələ müzakirəyə çıxarılmasaydı, işlər belə sürətli getməzdi. Hər halda bir daha deyirəm ki, narahatlığa ehtiyac yoxdur. Verilən qərardan hamı məmnun olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat