Qarabağa turizm marşrutlarından biri "Əli və Nino" adlanacaq
05:23 12.08.2021
İqtisadiyyat
704
Vüqar Bayramov deyir ki, bu, Azərbaycanın təqdimatı baxımından olduqca vacibdir
Qarabağla bağlı bir neçə tematik marşrut üzərində çalışırıq. Bunu Azərbaycan Turizm Bürosunun Turizm məhsulunun inkişafı şöbəsinin direktoru Şərifə Həsənova deyib. Onun sözlərinə görə, bunlardan biri Qafqaz Albaniyası ilə bağlıdır: "Bu marşrut Azərbaycanın 3 əsas koridorunu, Bakı-Şəki-Zaqatala, Gəncə-Qazax və əsas da Qarabağı əhatə edir. Bildiyiniz kimi Qarabağda Qafqaz Albaniyası ilə bağlı zəngin irs var. Bura məbədlər, kilsələr, həmçinin adətlər və s. daxildir.
Alban mədəniyyəti islamaqədərki dövrü əhatə edən böyük bir mədəniyyətdir. Layihə artıq tamamlanmaq üzrədir. Bunu Qafqaz Albaniyasını öyrənmiş alimlərlə birgə hazırlayırıq. Qısa zamanda ictimaiyyətə təqdim edəcəyik". Ş.Həsənova onu da qeyd edib ki, Qarabağı əhatə edən digər bir turizm marşrutu isə "Əli və Nino" olacaq.
Milli Məclisin deputatı Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağ turizm potensialı baxımından seçilən bölgələrdən biridir.
Millət vəkili qeyd edib ki, Qarabağda həm turizm marşrutlarının yaradılması, həm də işğaldan azad olunmuş ərazilərimizdə yeni turizm mərkəzlərinin formalaşdırılması nəzərdə tutulub: "Bu günləri vacib məqamlardan biri Şuşa, Kəlbəcər, Ağdam və s. işğaldan azad olunmuş digər rayon və şəhərlərimizdə daxili turizmin inkişaf etdirilməsinə nail olmaqdır. Turizm marşrutlarından birinin "Əli və Nino" adlandırılması isə olduqca mühümdür. Çünki Əli və Ninonun tanınmasını nəzərə alsaq, bu, Azərbaycanın təqdimatı baxımından olduqca vacibdir. Bu baxımdan marşruta əcnəbi turistlərin cəlb edilməsi üçün yeni imkanlar yaradılacaq. Ümumiyyətlə, belə marşrutlar bütövlükdə bölgənin inkişafı və turizm potensialının reallaşması baxımından vacibdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya