Rusiya alma və pomidora qadağanı niyə aradan qaldırdı? – Real izah
Banuçiçək Kalbalıyeva
12:12 21.12.2020
İqtisadiyyat
773
Kreml qadağanı aradan götürməyə məcbur idi. O, yaranan problem daha da dərinləşdirməmək naminə bunu etdi”
“Çünki qiymətlərin birdən-birə bahalaşmasını daxili auditoriyaya izah edə bilməzdi”
“Kremlin qonşularla davranışı illər boyu dəyişməz qalıb: iqtisadi məsələlərdən siyasi təzyiq metodu kimi istifadə edib”
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) dekabrın 21-dən Azərbaycandan alma idxalına qoyulan məhdudiyyətin bir hissəsini götürüb.
Xidmət Şabranın "TURAZ”, "Ran Fruit” və "Əsədov Vahid” MMC-lərindən Rusiyaya alma idxalına qoyulan qadağanı ləğv edib.
Bildirək ki, bir neçə gün gün əvvəl isə “Pomidor müharibəsi” başa çatıb və həmin məhsulla da bağlı sanksiya aradan qalxıb. Kremlin belə davranışları bir çoxlarını, xüsusilə iqtisadçıları düşündürür.
İqtisadçı-ekspert Nazim Bəydəmirli “Sherg.az”a açıqlamasında bildirib ki, Kreml qadağanı aradan götürməyə məcbur idi:
“O, yaranan problem daha da dərinləşdirməmək naminə bunu etdi. Çünki qiymətlərin birdən-birə bahalaşmasını daxili auditoriyaya izah edə bilməzdi. Nəzərə almaq lazımdır ki, Rusiya idxalının 30 faizi Azərbaycan pomidoru hesabına olur. Yəni sanksiyadan dərhal sonra bahalaşma normal idi. Ona görə hökumət güzəştə getməyə məcbur qaldı.
Bəlkə də, Azərbaycan hökuməti ilə müəyyən danışıqlar aparılıb. Şimal qonşumuza deyilib ki, Qarabağda sülhməramlıların olduğu bir vaxtda ictimai fikir iqtisadi müharibələri yaxşı qarşılamır”.
N.Bəydəmirli, həmçinin “meyvə-tərəvəz savaşı”nın başlanmasının məqsədini də izah edib:
“Bildiyiniz kimi, Azərbaycan meyvə-tərəvəzinin, xüsusilə pomidorun əsas bazarı şimal qonşumuzdur. Odur ki, Rusiya həmin məhsullara qadağa qoymaqla Azərbaycanı rəhbərlik etdiyi müxtəlif iqtisadi birliklərə, o cümlədən Gömrük İttifaqına, Avrasiya Birliyinə üzv etmək istəyirdi.
Əlbəttə, Qarabağ müharibəsi fonunda kommunikasiyanın açılması da Moskvanın ürəyincədir. O, keçmiş SSRİ ölkələrini öz “orbit”ində saxlamaq istəyir.
Ümumiyyətlə, Kremlin qonşularla davranışı illər boyu dəyişməz qalıb: iqtisadi məsələlərdən siyasi təzyiq metodu kimi istifadə edib. Ona görə də mən Moskvanın səmimiliyinə inanmıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət