
“Rusiya iqtisadiyyatı böyük fəsadlara məruz qalacaq”
Yusif Nəzərli
14:49 24.02.2022
İqtisadiyyat
761
Rusiya Ukrayna ərazisinə qoşun yeridib. Ölkə kritik vəziyyətdədir. Kiyevdən insanlar qaçırlar. Digər ölkələr Kremlin rəhbərliyini aqressiv addımlarını dayandırması üçün hədələyir, sərt tədbirlər və sanksiyalar tətbiq ediləcəyini vurğulayırlar.
Məsələn, ABŞ Prezidenti Co Bayden Rusiyaya qarşı yeni sanksiyaları anons edib. Co Bayden ABŞ, müttəfiqləri və tərəfdaşlarının bu gün Rusiyaya qarşı sərt sanksiyalar tətbiq edəcəyini bildirib.
Ehtimal olunur ki, rəsmi Moskva iqtisadi çöküntü yaşayacaq.

Şimal qonşumuzun Ukraynaya qarşı hərbi əməliyyatlar keçirməsi ilə bağlı “Sherg.az”a açıqlama verən iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, Rusiyanın iqtisadıyyatı proseslərin davamiyyətindən asılıdır:
“Ukraynaya destruktiv yanaşmasından əl çəkməməsi, müharibənin xərcləri və sanksiyalar rəsmi Moskvanın iqtisadi problemlər yaşamasına səbəb olacaq. İndidən nəsə demək tezdir. Belə deyə bilərəm ki, rubl kəskin şəkildə dəyər itirəcək. Əgər proses 3 ay ərzində bu cür davam edərsə, Rusiya iqtisadiyyatında növbəti 3 il ərzində bərpa edə bilməyəcəyi böyük itki formalaşacaq”.
Ekspert Rusiyanı 2014-cü ildən fərqli bir nəticə gözlədiyini bildirib:
“Bir məsələ də var. Rusiya vətəndaşları dövlətdən nə gözləyir? Təhlillər göstərir ki, şovinizm və şüarçılıq üçün çox aşağı səviyyədə yaşamağa belə hazır olan əhalidir. Yəqin ki, bunun da bir həddi olacaq. Bu dəfə hadisələr 2014-cü ildəki vəziyyətlə bitməyəcək. Rusiya iqtisadiyyatı daha böyük fəsadlara məruz qalacaq”.
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm