Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycanda pensiya ala biləcəklər? - VACİB AÇIQLAMA
Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycanda pensiya ala biləcəklər? - VACİB AÇIQLAMA
Yusif Nəzərli
09:32 02.05.2022
İqtisadiyyat
725
"Rusiyada yaşayan həmyerlilərimiz Azərbaycanda pensiya ala biləcəklər".
Bu barədə "Sherg.az" açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Deputat bildirib ki, Azərbaycan ilə Rusiya arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb:
"Müqavilə Rusiyada əmək miqrantları kimi çalışan Azərbaycan vətəndaşlarının işlədikləri müddətdə qazanmış olduqları pensiya və sosial sığorta üzrə hüquqlarının tanınması və qorunmasına imkan verəcək. Eyniylə Azərbaycanda əmək miqrantları kimi fəaliyyət göstərən Rusiya vətəndaşlarının da oxşar hüquqları olacaq. Sənəd eyni zamanda Rusiyada yaşayan həmyerlilərimizin şimal qonşumuzda yaşadığı zaman qazandığı sığorta stajının da tanınmasına şərait yaradacaq. Məsələn, Rusiyada yaşayan həmyerlimiz həmin ölkədə çalışaraq sığorta ödənişi həyata keçirib və 25 illik sığorta stajı var. Daha sonra o Azərbaycana dönməklə bağlı qərar verir. Bu zaman o Azərbaycanda pensiya yaşı tamam olanda Rusiyada qazadığı staj ilə pensiyaya çıxmaq hüququ əldə edəcək. Yəni, onun Rusiyada ödədiyi sığorta ödənişləri və qazandığı staj Azərbaycanda pensiyaya çıxmaq üçün yetərli olacaq".
Parlament üzvü bəyan edib ki, Rusiyada qısa müddət, 5 il çalışıb daha sonra ölkəyə qayıdıb Azərbaycanda işləyən həmyerlimizin də pensiyaya çıxan zaman şimal qonşumuzda qazandığı sığorta stajı ümumi stajına əlavə olunacaq:
"Bu baxımdan, Rusiyada yaşayan və əmək miqrantları kimi çalışan həmyerlilərimiz ölkəmizə geri dönən zaman orada işlədiklərini təsdiq edən sənədləri də özlərində saxlsması vacibdir. Təbii ki, elektron sistemlərin inteqrasiyası nəticəsində virtual məlumat mübadiləsi baş verəcək. Amma bütün hallarda bu tip sənədlərin qorunması arzuolunandır. Bütövlükdə, bu sənəd Azərbaycan vətəndaşının Rusiyada qazandığı sığorta stajının Azərbaycanda, şimal qonşumuzun vətəndaşının ölkəmizdə qazandığı sığorta stajının Rusiyada qəbul edilməsinə imkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çətinliklərlə üzləşəcəksiniz: Üç BÜRCƏ xəbərdarlıq
08:08 28.04.2026
Cəmiyyət
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya