Rusiyanın “Pomidor müharibəsi”! – “Fermerlər də strateji düşünsün”
Banuçiçək Kalbalıyeva
10:45 17.12.2020
İqtisadiyyat
722
“Bu, çətin olsa da, fermerlər məhsulları ən yüksək səviyyədə istehsal etməyi bacarmalıdırlar”
“Belə olsa, hansısa ölkə sanksiya tətbiq edəndə, asanlıqla alternativ bazar tapmaq olar”
“Aqrar istehsala ənənəvi deyil, elmi yanaşmaq lazımdır”
Rusiya Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib. Bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 17-dən Azərbaycanın daha 4 müəssisəsindən pomidor idxalına icazə verib. Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, xidmətin məlumatına görə, Kürdəmir rayonunun “Geotermal”, Salyan rayonunun “Gp Alfa greenhouse” və Masallı rayonunun müəssisələrindən, eləcə də Hacıqabul rayonunun “Hajigabul greenhaouse” MMC-dən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin təminatı ilə pomidor idxalına yenidən başlanacaq.
Xatırladaq ki, “Rosselxoznadzor” dekabrın 16-dan Xızı rayonunda yerləşən “Aqroterm” MMC-dən pomidor idxalına icazə verib.
Qeyd edək ki, “Pomidor müharibəsi” artıq bir müddətdir ki, davam edir.
İqtisadçı-ekspert Rəşad Həsənov son vəziyyəti “Sherg.az”a təhlil edərkən onun nəticələrindən danışıb:
“ Bu, qısamüddətli dövrdə fermerlər üçün gözlənilən 5-6 milyon dollar zərərin müəyyən mənada qarşısının alınması deməkdir. Düzdür, idxal üçün bütün şirkətlərə icazə verilməyib. Lakin təkcə bir şirkət də daxili bazarda vəziyyətin tənzimlənməsinə və qiymətlərin fermerə mənfi təsir göstərməyəcəyi həddə çatmamasına nail ola bilər. Başqa sözlə desək, beləliklə, fermerə dəyən ziyan zəifləyəcək. Əlbəttə, bu, icazə verilən şirkətin bazar payı ilə düz mütənasibdir. Yəni icazə verilən şirkətin bazarı payı nə qədər çox olarsa, potensial zərərin həcmi o qədər azalacaq”.
R.Həsənovun fikrincə, fermerlər bu cür fors-major hadisələrə hazırlıqlı olmalıdırlar:
“Baş vermiş və verə biləcək problemlər nəzərə alınaraq fermerlər öz istehsallarına düzəliş etməli, məsələyə strateji yanaşmalıdırlar. Bazarların və istehsalın şaxələndirilməsindən ötrü planlar hazırlanmalıdır. Təssüf ki, fermerlərin çoxu bir məhsul üzrə ixtisaslaşıblar. Belə olan halda bu və ya digər səbəbdən qəfildən bazarda vəziyyət dəyişəndə fermer pis vəziyyətdə qalır. Həmçinin məhsul hansısa münasibətlərə görə yox, keyfiyyətin, beynəlxalq standartlara cavab verməsinə görə bazara çıxarılmalıdır. Bu, çətin olsa da, fermerlər məhsulları ən yüksək səviyyədə istehsal etməyi bacarmalıdırlar. Belə olsa, hansısa ölkə sanksiya tətbiq edəndə, asanlıqla alternativ bazar tapmaq olar.
Deməyim odur ki, fermerlər geniş düşünməli, rəqabətədavamlı məhsul istehsal etməlidirlər. Ümumiyyətlə, aqrar istehsala ənənəvi deyil, elmi yanaşmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə