Səudiyyə Ərəbistanı neftin qiymətini endirdi

Səudiyyə Ərəbistanı Asiya bazarı üçün “Arab Light” markalı xam neftin rəsmi satış qiymətinə son 26 ildə ən böyük endirim edib.

Sherg.az xəbər verir ki, Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Aramco” gələn ay üzrə “Arab Light” markalı xam neftin bir barelinin qiymətini 11 dollar endirəcək. Bu da regional etalon qiymətdən 1,50 dollar aşağı tarifdir.

Səudiyyə Ərəbistanı 2000-ci ildən bəri ilk dəfə nefti endirimli qiymətə satacaq. “Aramco” əvvəllər bu növ nefti yalnız 2000-ci və 2015-ci illərdəki qiymət “müharibələri” zamanı endirimlə satmışdı.