SİF investisiya layihələrinə 193,8 mln. manat güzəştli kredit verib
Yusif Nəzərli
07:08 17.01.2024
İqtisadiyyat
560
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit verilib.
Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilən kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5-%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
"Ötən il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara SİF tərəfindən güzəştli kreditlərin verilməsinə başlanılıb. Muxtar respublika ərazisində fəaliyyət göstərən 27 sahibkar ümumilikdə 2,2 milyon manat güzəştli kreditdən yararlanıb” - Osman Xaliyev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm