SOCAR "Bulla-dəniz" yatağında yüksək debitli quyunu istismara qəbul edib
18:30 19.07.2021
İqtisadiyyat
1166
Azərbaycanın qaz təchizatında önəmli rola malik olan "Bulla-dəniz" yatağında geoloji tədbir uğurla həyata keçirilib, yataqdakı 123 saylı quyunun 5 878-5 865 metr intervalında süzgəc açılıb.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, 123 saylı quyu "Bulla-dəniz" yatağında 2017-ci ildə 6 132 metr dərinliyə qazılmış, indiyə qədər quyudan 104 min ton kondensat və 472 mln. kubmetr qaz hasil edilib. Son dövrdə quyuda istismar olunmuş lay üzrə hasilatın gündəlik 150 min kubmetrə qədər təbii azalması müşahidə olunmuş və əlavə tədbir görülməsinə ehtiyac yaranıb.
Aparılmış uğurlu tədbir seçimi nəticəsində quyu gündəlik 120 ton kondensat və 500 min kubmetr təbii qaz hasilatı ilə istismara verilib.
Quyunun 2041-ci ilə qədər istismar olunması nəzərdə tutulur. Ümumilikdə 123 saylı quyudan 700 min tondan çox kondensat və 3 mlrd. kubmetrdən çox qazın hasil edilməsi proqnozlaşdırılır. Quyunun yüksək potensialını nəzərə alaraq, hasilatın artırılması istiqamətində işlər davam etdirilir.
"Bulla-dəniz" yatağı 1975-ci ildə açılıb. Yataqda 13 quyu işləyir, gündəlik 700 tona yaxın neft-kondensat və 3 milyon kubmetr qaz hasil edilir. Yatağın tam miqyaslı işlənmə planı çərçivəsində əlavə 17 quyunun qazılması planlaşdırılır. Bu quyuların hər birindən gündəlik 100 ton kondensat və 500 min kubmetr qaz hasilatı gözlənilir. Cari dövrdə yataqda 6 saylı özüldən 117 saylı quyunun qazılması davam etdirilir. 2022-ci ildə yataqda daha bir lay dəstəsinin neft-qaz potensialını dəqiqləşdirmək üçün axtarış quyusunun qazılması planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə zəlzələ olub
19:17 02.03.2026
Hadisə
Ərdoğan və Merz İrana hücumları müzakirə ediblər
19:10 02.03.2026
Dünya
Tramp İranla bağlı bəyanatla çıxış edəcək
19:04 02.03.2026
Dünya
“İran ABŞ-la qarşıdurmaya hazır deyil” - Hərbi ekspert
18:40 02.03.2026
Gündəm
Bu agentliyin kibi təsdiqlənib
18:36 02.03.2026
Gündəm
ABŞ Bəhreyndəki səfirliyini bağladı
18:21 02.03.2026
Dünya
İranın yeni liderindən ilk açıqlama: Bu bəlanı da dəf edəcəyik
18:06 02.03.2026
Dünya
Laricani: İran uzunmüddətli müharibəyə hazırdır
17:41 02.03.2026
Gündəm
Xameneinin həyat yoldaşı vəfat etdi
17:39 02.03.2026
Dünya
ABŞ-ın müharibə naziri: İranda rejim dəyişəcək
17:38 02.03.2026
Gündəm
Ararat Mirzoyan və Marta Kos arasında telefon danışığı oldu
17:23 02.03.2026
Gündəm
Prezident İlham Əliyev Aleksey Overçuku qəbul edib
16:43 02.03.2026
Gündəm
İranın yeni lideri ilə bağlı açıqlama: Tezliklə təqdim olunacaq
16:15 02.03.2026
Gündəm
Vüqar Mustafayev Yaşar Gülərlə görüşdü
16:08 02.03.2026
Dünya
Tramp: İran razılığa gəlmək istəyir
16:05 02.03.2026
Gündəm