
Təkcə rubl deyil, iqtisadiyyat tamam çökəcək
Yusif Nəzərli
08:08 25.02.2022
İqtisadiyyat
685
Rusiya üçün ən ağır dönəmlər bundan sonra başlayacaq
"Bloomberg" rublun dünyanın ən volatil (uçucu) valyutasına çevrildiyini yazıb.
Bu gün Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,0194 manat (1 manat/51,55 rubl) təşkil edib ki, bu da 2016-cı ilin yanvarın 22-dən bəri qeydə alınan ən aşağı göstəricidir.
Rubl ABŞ dolları qarşısında, Rusiyanın Ukrayna ərazisindəki "Donetsk Xalq Respublikası"da açıqladığı hərbi əməliyyat fonunda yeni eniş yaşayıb. Moskva birjasında səhər 8:00-da dolların məzənnəsi 84,07 rubla çatıb. Daha sonra rublun məzənnəsi Moskva birjasının müəyyən etdiyi həddə düşdüyü üçün ticarət dayandırılıb.
Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, rublun dollar qarşısında dəyərsizləşməsi AZN-RUB cütlüyündə də rublu kəskin endirib.

Maraqlıdır ki, Rusiyaya qarşı Amerikanın və Qərbin tətbiq etdiyi sanksiyalar qarşısında rubl nə qədər duruş gətirə biləcək?
Bu barədə “Şərq”ə danışan iqtisadçı-alim Fuad İbrahimovun sözlərinə görə, Rusiya iqtisadiyyatı üçün ən çətin dövr bundan sonra başlayır.
“Bu təkcə rublla deyil, Rusiyanın iqtisadiyyatı ilə bağlıdır. Ən çətin zamanlar bundan sonra yaşanacaq. Rusiya indi sovet dönəmindəki deyil. Müasir Rusiya kifayət qədər dövrün tələblərinə uyğun şəkildə dünyada gedən proseslərə inteqrasiya edir. Ancaq istənilən sanksiyaların tətbiqi onun iqtisadiyyatına mənfi təsir göstərəcək.
Qısa zaman kəsiyində rus rublu bundan da ağır vəziyyətə düşə və valyutanın ucuzlaşması kritik nöqtəyə qədər gedib çata bilər.
Nəzərə almaq lazımdır ki, Rusiyanın bir çox strateji məhsulların idxalından asılılığı var. Həmin məhsulların qiymətində kifayət qədər bahalaşma baş verəcək. Eyni zamanda bu, idxalın azalmasına gətirib çıxaracaq. Nəticədə, həmin məhsullar piştaxtalardan yoxa çıxacaq.
Ümumilikdə, bu sanksiyalar təkcə rubla deyil, Rusiyanın digər indekslərinə də mənfi təsir göstərəcək. Bu səbəbdən arzuolunmaz bazar fiaskosu yaşana bilər”.
Sənan İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya
Yerdən 23 dəfə ağır qeyri-adi planet aşkarlandı
09:19 21.08.2026
Maraqlı
Dünya bazarlarında neft ucuzlaşıb
09:09 21.08.2026
İqtisadiyyat
Çimərlikdə ilan panikası: Dənizdən sahilə çıxdı
09:01 21.08.2026
Hadisə
Bakının bu küçələrində sıxlıq var - SİYAHI
08:59 21.08.2026
Cəmiyyət