Ukrayna taxılı dünya bazarına çıxa bilmir
Yusif Nəzərli
08:38 07.06.2022
İqtisadiyyat
604
Rusiyanın hərbi gəmiləri limanları yaxın məsafədən nəzarətdə saxlayır
“Rusiya Prezidenti Vladimir Putin son müsahibələrinin birində iddia edib ki, guya o, Ukrayna taxılının dünya bazarlarına daşınmasına mane olmur. Halbuki, taxılı ixrac etmək üçün Ukraynanın dəniz limanlarından çıxış mümkün deyil”. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Ekspert bildirib ki, Rusiyanın hərbi gəmiləri Ukrayna limanlarını yaxın məsafədən nəzarətdə saxlayırlar: “Bu limanlardan gəmilər çıxarsa Rusiyanın hərbi gəmiləri tərəfindən saxlanılacaq. Vladimir Putin Ukrayna dəniz limanlarının mühasirəsindən imtina etmək əvəzinə təklif edib ki, Ukrayna öz taxılını Belarus üzərindən ixrac etsin. Putinin ikinci təklifi isə odur ki, Ukrayna öz limanlarına yaxın əraziləri dəniz minalarından təmizləsin. Kiyev çətin ki, buna razılaşsın. Kremlə etibar yoxdur, dəniz limanlarının ətrafı minalardan təmizlənsə Rusiyanın hərbi gəmiləri Ukraynanın liman şəhərlərinə, o cümlədən Odessaya hücuma keçə bilər. Ankara bu məsələnin həllində də vasitəçiliyini təklif edib. Türkiyənin Rusiya, Ukrayna və BMT rəsmiləri ilə apardığı danışıqları nəticəsində “taxıl dəhlizi”nin işə salınması ilə bağlı yol xəritəsi hazırlanıb. Tərəflər yol xəritəsinin detallarını müzakirə etmək üçün İstanbulda toplaşacaqlar. İstanbulda koordinasiya mərkəzi yaradılacaq. Məqsəd Ukraynanın ixracı üçün nəzərdə tutulan 20 milyon ton taxılının dünya bazarlarına çatdırılmasıdır”.
E.Şahinoğlu bəyan edib ki, beynəlxalq təşkilatlar Dehliyə müraciət edərək Hindistanın da taxıl ixracatına başlamasını xahiş ediblər: “Misir Hindistana müraciət edərək bu ölkədən 500 min ton taxılın idxalına çalışır. Qahirə taxıl əvəzinə Hindistana sənaye məhsulları göndərməyə hazırdır. Misir dünyanın ən böyük taxıl alıcılarındandır. Hər il müxtəlif ölkələrdən 11-13 milyon ton taxıl idxal edir. Əsas alıcıları Rusiya, Ukrayna və Hindistandır. Birinci ikisiylə problemlər olduğundan Misir Hindistandan daha çox taxıl almağa ümidlidir. Dehli taxıl ixracıyla bağlı hələ qərar verməyib. Hindistan hökuməti taxıl ixracatını quraqlıqla əlaqələndirib. Dehli 1 milyard 300 milyonluq əhalisini taxılla təmin etmək üçün birinci növbədə yerli ehtiyacları ödəməlidir. Halbuki, Hindistan bu il üçün ən azı 23 ölkəyə taxıl ixracı planlaşdırırdı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi
Qəbələdə Azərbaycan-Çexiya biznes-forumu keçirilib - YENİLƏNİB
19:35 27.04.2026
Siyasət
Əraqçi: ABŞ heç bir məqsədinə nail olmayıb
19:27 27.04.2026
Region