Vətəndaş bir maşın özünə, birini də DGK-ya alır: “...insanlar müflisləşir”
Banuçiçək Kalbalıyeva
13:56 10.02.2021
İqtisadiyyat
891
Dövlət Gömrük Komitəsi(DGK) ilə bağlı narazılıqlar getdikcə artmaqdadır. Sözügedən qurumun yarıtmaz fəaliyyətini təsdiqləyən növbəti fakt isə xarici ölkələrdən Azərbaycana gətirilən maşınlara qoyulan gömrük rüsumudur. Həmin rüsum, az qala, avtomobilin öz dəyərində olur. Yəni sürücü bir maşını özünə, birini də DGK-ya alır. Ayıb deyilmi? Ayıbdır!
İqtisadçı-ekspert Nazim Bəydəmirli bu barədə “Sherg.az”a danışarkən gömrük rüsumunun belə çox olmasının məntiqə sığmadığını söylədi:
“Gömrük rüsumu rəqiblərinə adekvat maşın istehsal edən ölkələrdə bu qədər çox ola bilər. Məqsəd daxili istehsalı qorumaqdır. Ancaq təəssüf ki, bizdə belə maşın istehsalı yoxdur. Rüsumlar isə vətəndaşların rifahına uyğun deyil. DGK maşınların fantastik bazar qiymətini təkif edir. Bu, dövlət büdcəsindəki proqnoz göstəricilərini artırmaq üçündür. DGK Nazirlər Kabinetinə müvafiq “sifarişlər” verir və vəzəifəli şəxslərin köməkliyi ilə təklifini qəbul etdirir. Son nəticədə insanlar müflisləşir. Əslində həmin qurumun vəzifəsi ancaq daxili istehsalı qorumaqdır”.
N.Bəydəmirli, həmçinin çıxış yollarını da göstərdi:
“Ekoloji durumu qorumaq adı ilə avtomobillərə müxtəlif dərəcədə gömrük rüsumu tətbiq edilir. Təəssüf ki, hibrid avtomobillərə lazımi qədər “yaşıl işıq” yandırılmır. Hökumət köhnə maşınları yığıb, onun dəyərini vətəndaşa ödəməlidir ki, yeni avtomobil almağa maraq yaransın. Lakin bu da olmur. İnsanlar daha az xərcə başa gəldiyi üçün ucuz maşın alırlar. Beləliklə, Rusiyanın xüsusi xidmət orqanlarının Azərbaycan iqtisadiyyatına təsirləri barədə məqamlar üzə çıxır. Odur ki, kompleks araşdırmalara ehtiyac var. Adı ən çox korrupsiya ilə birgə çəkilən DGK isə ləğv edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm
Qızıl və gümüş ucuzlaşmağa davam edir
09:41 28.10.2026
İqtisadiyyat