Vəziyyət xoşagələn deyil:”Nə sosial mənzil layihəsi, nə də ipoteka krediti...”
Fidan Həmişəyeva
12:47 01.06.2021
İqtisadiyyat
717
“...Vətəndaşların istəyini qarşıladı”
“Çıxış yolu isə böyük xarici bankların Azərbaycanda işləməsinə şərait yaratmaq, iqtisadiyyatda inhisarçılığın ləğvi və ipotek instutunun inkişaf etdirilməsidir”
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb. Məlumata görə, 2021-ci ilin əvvəlindən iyun ayının 1-nə fond 2 541 borcalana 170,1 milyon manata qədər ipoteka krediti verib.
Ümumilikdə isə bu günə qədər fond 34 min borcalana 1 milyard 810,2 milyon manat məbləğində ipoteka krediti verib. Təkcə may ayında isə 648 borcalan 37,6 milyon manat məbləğində kredit əldə edib.
Fondun məlumatına görə, zəmanət və subsidiya mexanizmi ilə 231 milyon 270 min manat məbləğində kredit maliyyələşdirilib.
Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və ümumi 822 mənzil satmaq öhdəliyi kirayəçilərin istifadəsinə verilib.
Mövzu barədə “Sherg.az”a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, ipoteka kreditləri az faizli olduğu üçün ona tələbat çoxdur:
“Sadəcə Bakı şəhərində 300 mindən çox ailə kirayədə yaşayır. Bu baxımdan kreditlər üçün təkcə gənclər müraciət etmir. Lakin ölkəmizdə faizlər yüksək olduğundan hər kəs çalışır ki, ipoteka kreditindən yararlansın. Bu kredit dövlət büdcəsi tərəfindən dəstəklənir”.
İqtisadçının sözlərinə görə, ölkəmizdə kredit faizləri baha olduğuna görə, tələb-təklif qarşılanmadığı üçün xoşagəlməz hallar baş verir:
“Adətən bank işçiləri özlərinə yaxın olan adamlara ipoteka kreditləri üçün şərait yaradırlar. Məsələn, sonradan bəlli oldu ki, sosial mənzillər bahadır. Ona görə də artıq kommersiya mənzilləri qiymətinə satılır. Sosial mənzil layihəsi də ipoteka krediti kimi vətəndaşların istəyini qarşılamadı. Həmçinin son bir neçə il ərzində neftin qiyməti ilə bağlı dövlət büdcəsinin gəlirləri azaldığı dövrdə ölkəmiz dəstək proqramlarını azaldır. Ona görə vəziyyət xoşagələn deyil. Çıxış yolu isə böyük xarici bankların Azərbaycanda işləməsinə şərait yaratmaq, iqtisadiyyatda inhisarçılığın ləğvi və ipotek instutunun inkişaf etdirilməsidir. Təəssüf ki, Azərbaycan hökumətinin investiyalarla bağlı siyasəti məmur sahibkarlığına xidmət edir. İqtisadi sahələrdə olan bütün problemlərimiz məmur sahibkarlığından qaynaqlanır. Təbii ki, bunun aradan qaldırılması siyasi iradədən asılıdır. Ümid edək ki, bu baş verəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Şərurda ər arvadını qətlə yetirib
00:14 01.08.2026
Hadisə
Yaponiya baş naziri Azərbaycana buna görə təşəkkür etdi
23:57 31.07.2026
Siyasət
Tramp: İrana çox ağır zərbə vuracağıq
23:36 31.07.2026
Gündəm
Türkiyədə daha bir bələdiyyə sədri həbs edilib
23:13 31.07.2026
Dünya
İran çox pis vəziyyətdədir - Tramp
22:30 31.07.2026
Gündəm
Tramp İspaniyada baş verənləri fəlakət və işğal adlandırıb
21:40 31.07.2026
Dünya
ABŞ Çinin daha 43 şirkətinin idxalına qadağa qoydu
20:51 31.07.2026
Dünya
"Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
20:40 31.07.2026
Futbol
Samir Şərifova yeni vəzifə verildi
20:29 31.07.2026
Siyasət
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
20:20 31.07.2026
Rəsmi
Qəzzanın kölgəsi Seutaya düşdü: İspaniyada İsrail izi axtarılır
19:46 31.07.2026
Gündəm
Bakıda bu dahilərimizin heykəlləri var - ARAŞDIRMA
19:27 31.07.2026
Mədəniyyət
Rusiyada azərbaycanlı bloqerin həbsi tələb olunub
19:25 31.07.2026
Dünya
Rusiya Müdafiə Nazirliyi: Odessa limanına zərbələr endirilib
19:02 31.07.2026
Dünya
Rusiya səfiri Polşa XİN-ə çağırılıb
18:44 31.07.2026
Dünya