ABŞ-də dizel yanacağının orta qiyməti tarixdə ilk dəfə 1 qallon üçün 6 dollar həddini keçib. Son məlumatlara görə, ölkə üzrə orta qiymət 1 qallon üçün 6,06 dollar təşkil edir.
Musavat.com xəbər verir ki, əvvəlki rekord 1 qallon üçün 5,82 dollar idi - bu göstərici 2022-ci ilin iyun ayında qeydə alınmışdı.
İranla müharibə başlayandan bəri dizel yanacağı 55%-dən çox bahalaşaraq benzinin təxminən 40%-lik qiymət artımını geridə qoyub.
Ekspertlər qiymətlərin sürətli artımının iki əsas səbəbini göstərirlər. Neft fyuçersləri yenidən 1 barel üçün 100 dollardan yuxarı qalxıb, fəaliyyət göstərən neft emalı zavodları (NEZ) isə xam nefti emal etmək üçün kifayət etmir.