Prezident hüquqi şəxslərin dövlət qeydiyyatı ilə bağlı fərmanda dəyişiklik etdi
09:00 08.07.2024
Siyasət
332
Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
“Sherg.az" xəbər verir ki, fərmana əsasən, müəyyən edilib ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5.8-ci, 5-1.8-ci maddələrində, 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü, dördüncü (hər üç halda) və beşinci cümlələrində, 7-2.4-cü maddəsinin ikinci cümləsində və 11.3.2-1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Həmin Qanunun 11.3.2-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
Həmin Qanunun 5-1.8-ci maddəsində və 7-2.4-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;
Həmin Qanunun 5.8-ci maddəsində, 7-2.1-ci maddəsinin dördüncü (üçüncü halda) və beşinci cümlələrində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;
Həmin Qanunun 6.1.3-cü maddəsinin ikinci cümləsində, 7.1.1-ci maddəsində, 7-2.1-ci maddəsinin üçüncü və dördüncü (birinci və ikinci hallarda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur;
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
Həmin Qanunun 2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzərdə tutulur.
Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 21 may tarixli 1155-VIQD nömrəli Qanununun 2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müvafiq informasiya sisteminin yaradılması ilə bağlı altı ay müddətində müvafiq tədbirlər görməli, həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Döşəyin altına üç dəfnə yarpağı qoyun- Qədim üsulun sirri
05:25 22.09.2026
Maraqlı
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual