ÜST həyəcan təbili çalır: Avropa tədricən təhlükəli xəstəliyin qurbanı olur
10:52 14.10.2025
Sağlamlıq
476
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həyəcan təbili çalır. Məlum olub ki, Avropa təhlükəli xəstəlik səbəbindən yavaş-yavaş məhv olur. Söhbət alkoqollu içkilərdən sui-istifadə nəticəsində yaranan xərçəng xəstəliyindən gedir.
Oxu.Az xəbər verir ki, bu barədə FAZ nəşri yazıb.
Avropa İttifaqında dünyanın bütün regionları arasında spirtli içki istehlakının ən yüksək səviyyəsi qeydə alınıb. Xərçəng Aİ-də ölüm hallarının əsas səbəbi olaraq qalır. 2020-ci ildə ÜST alkoqollu içki istifadəsi ilə bağlı xərçəngə 111 300 yeni tutulma faktı qeydə alıb. Nəticədə 93 min nəfər xərçəngdən dünyasını dəyişib. Bu məlumatlar qurumun çərşənbə axşamı açıqladığı xərçəngin profilaktikasına dair təlimatda yer alıb.
Bildirilir ki, alkoqollu içki aludəçiliyi ən azı yeddi növ onkoloji xəstəliyə gətirib çıxarır. 2020-ci ildə o, ən çox kolorektal xərçəngi (36 900), süd vəzi xərçəngi (24 200 ) və ağız boşluğu xərçəngi (12 400) kimi xərçəng növlərinin inkişafına gətirib çıxarıb. Xəstələrin təxminən 70%-ni kişilər təşkil edib.
ÜST-nin daha bir məlumatına görə, 2018-ci ildə alkoqollu içki aludəçiliyi ilə bağlı vaxtsız ölüm halları nəticəsində iqtisadi itkilər 4.58 milyard avroya çatıb. Özü də bu məbləğə tibb müəssisələrində müalicə kimi əlavə xərclər daxil deyil.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm