438 il sonra Memar Sinanın memarlıq sirri açılıb. Alimlər Topkapı Sarayındakı III Murad Has Otağı, Selimiye Camii və Hürrem Sultan Hamamını araşdıraraq Sinanın tikililərində dairə və kvadrat əsaslı xüsusi həndəsi sistemdən istifadə etdiyini müəyyən ediblər.
Sherg.az xəbər verir ki, araşdırmaya görə, Sinan bütün ölçüləri bir-birini təkrarlayan həndəsi modullar üzərində qurub. Bu üsul sayəsində əsrlərdir ayaqda qalan tikililərin dayanıqlılığı izah olunub. Topkapı Sarayındakı dairəvi daş element isə memarın gizli “imzası” hesab edilir.
Tədqiqatı aparan professor Hasan Fırat Diker bildirib ki, Sinan həndəsədən “musiqi notu” kimi istifadə edib və tikililərin bütün ölçülərini riyazi dəqiqliklə planlaşdırıb. Araşdırma beynəlxalq elmi jurnalda dərc olunub.