708 uşaq 18 il izlənildi: Siyasi baxışların formalaşmasında ailənin rolu araşdırıldı

ABŞ-də 708 uşağın doğumdan 18 yaşına qədər izlənildiyi araşdırma uşaqlıq dövründəki bəzi xüsusiyyətlərlə gələcək siyasi baxışlar arasında əlaqə olduğunu ortaya qoyub.

Sherg.az-ın məlumatına görə, tədqiqatçılar müəyyən ediblər ki, daha avtoritar valideynlik mühiti olan uşaqlar 18 yaşında daha mühafizəkar siyasi mövqelərə meylli olublar. Həmçinin uşaqlıqda daha qorxaq və diqqətini toplamaqda çətinlik çəkən uşaqlarda da oxşar tendensiya müşahidə edilib.

Lakin alimlər vurğulayırlar ki, bu nəticələr səbəb-nəticə əlaqəsini sübut etmir. Siyasi baxışların formalaşmasında genetika ilə yanaşı, təhsil, dost çevrəsi, sosial və iqtisadi şərait, media və şəxsi təcrübələr də mühüm rol oynayır.

Araşdırmaya görə, erkən valideynlik xüsusiyyətləri 18 yaşındakı siyasi baxışlardakı dəyişikliklərin təxminən 10 faizini, temperament xüsusiyyətləri isə 8 faizini izah edib.