"Almaniyada bu davranışa "Zivilcourage" (mülki cəsarət) deyilir. Alman düşüncə tərzinə görə, kimsə qaydanı pozursa və sən onu xəbərdar etmirsənsə, həmin səhvə şərik sayılırsan. Onlar bunu "işinə qarışmaq" deyil, cəmiyyət qarşısında məsuliyyət hesab edirlər".
Sherg.az xəbər verir ki, bu sözləri Almaniyada yaşayan Orxan Atabəy deyib. Orxan bəy də 4 ay əvvəl dayanacaq yanında siqaret çəkdiyi üçün xəbərdarlıq alıb:
"Yanımdakı azərbaycanlı yandırdı, ona baxdım düşünmədən mən də yandırdım. Haqlı olduqlarını bildiyim üçün üzr istəyib kənara çəkildim.
Bu videodakı qadın da öz kefindən yaxınlaşmır. Almaniyanın Yol Hərəkəti Qaydalarına görə, mühərriki lüzumsuz yerə işlək saxlamaq qadağandır.
Hətta mühərriki "qızdırmaq" üçün gözlədiyiniz hər saniyə texniki olaraq qanun pozuntusudur və cəriməsi 80 avrodan başlayır.
Əslində qadın polisə zəng etmək əvəzinə, insani bir hərəkət edərək xəbərdarlıq edib. Miqrant isə bunu anlayıb düzəltmək əvəzinə, qadını məsxərəyə qoyub, videoya çəkərək instaqramda paylaşıb. Şərhlərdə qadına "xəbərçi" və "şüvən" damğası vuranlar da az deyildi".