Meqan Markl və Şahzadə Harri qızları Lilibet Diananın 5 yaşını qeyd ediblər.
Sherg.az xəbər verir ki, Meqan Markl sosial şəbəkədə paylaşdığı duyğusal mesajda qızını “arzularımızın qızı” adlandıraraq, Lilibetin indiyədək yayımlanmamış fotolarını izləyicilərlə bölüşüb.
2021-ci ildə dünyaya gələn Lilibetin adı Britaniya kral ailəsi üçün xüsusi məna daşıyır. “Lilibet” mərhum Kraliça II Elizabetin uşaqlıq ləqəbi, “Diana” isə Harrinin anası şahzadə Dianaın xatirəsinə ehtiram olaraq seçilib.
2020-ci ildə kral ailəsindəki rəsmi vəzifələrindən ayrılaraq ABŞ-a köçən cütlük uşaqlarını ictimai diqqətdən uzaq saxlamağa çalışsa da, zaman-zaman ailə həyatlarından səmimi görüntülər paylaşırlar.
