Baharın sirli simvolu: Balkanların qırmızı-ağ möcüzəsi Marteniçka

Balkanlarda qədim bir ənənə olan Marteniçka mart ayının başında başlayır. Qırmızı və ağ ipliklərdən hazırlanmış bu bilekliklər, sağlamlıq, şans və xoşbəxtlik gətirdiyinə inanılan bahar simvoludur.

Sherg.az xəbər verir ki, ənənəyə görə, marteniçkalar leylək görənədək taxılır, sonra meyvə verən bir ağaca bağlanır və dilək tutulur. Ağ ip uzun ömrü, qırmızı ip isə güc və sağlamlığı simvollaşdırır. Marteniçka, yalnız sevgi və dostluqla paylaşıla bilən, pulla alınmayan bir ənənə olaraq Balkanlarda qorunub saxlanır.