Azərbaycanda avtomobil mədəniyyətinin ilk dövrü ilə bağlı mənbədə Mustafa İbrahim oğlu Əliyevin 1911-ci ildə sürücülük vəsiqəsi aldığı və Azərbaycanın ilk sürücülərindən biri olduğu qeyd edilir.
1909-1914-cü illərdə Bakıda avtomobil idarə edən azərbaycanlıların adları da sadalanır.
Bu sənəd Bakıda avtomobil mədəniyyətinin, şəhər ticarətinin və XX əsrin əvvəllərində şəhər həyatının çox qiymətli vizual sənədi sayıla bilər.