Türkiyədə keçirilən “Oryantal Star” yarışması və daha sonra iştirak etdiyi "Survivor Türkiyə" ilə tanınan Didem Ceran Cənubi Koreyada keçirdiyi 15 saatlıq estetik əməliyyatdan sonra bərpa prosesini izləyiciləri ilə bölüşməyə davam edir. Sosial media fenomeni bu dəfə özünü dünya şöhrətli müğənni Camila Cabello ilə müqayisə etməsi ilə gündəmə gəlib.
Sherg.az xəbər verir ki, bir neçə ay əvvəl Cənubi Koreyada genişmiqyaslı estetik əməliyyat keçirən Ceranın üz quruluşu demək olar ki, tamamilə yenilənib. O, əməliyyatdan sonra paylaşdığı görüntülərlə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Didem Ceran bildirib ki, Türkiyədə keçirdiyi əvvəlki əməliyyatdan sonra ciddi ağrılar yaşasa da, Koreyada aparılan daha mürəkkəb cərrahi müdaxilədən sonra belə problemlərlə üzləşməyib.
Onun sözlərinə görə, əməliyyat zamanı çənə sümükləri yenidən formalaşdırılıb, bəzi sümük hissələri kəsilərək çıxarılıb və əldə olunan sümük toxuması dolğu məqsədilə istifadə olunub. Bundan əlavə, dərin üz gərmə, göz formasının dəyişdirilməsi, dodaq korreksiyası, liftinq və döş nahiyəsində əvvəllər partlamış silikon implantların təmizlənməsi əməliyyatları həyata keçirilib.
Ceran qeyd edib ki, əməliyyat iki mərhələdə aparılıb: ilk gün 4-5 saat, ikinci gün isə təxminən 10 saat davam edib.
Didem Ceran son paylaşımında əvvəlcə 29 yaşlı Camila Cabellonun görüntülərini, daha sonra isə özünün hazırkı görüntüsünü nümayiş etdirib.
O, paylaşımında belə yazıb:
“46 yaşında mənim kimi olmaq istərdiniz, yoxsa 29 yaşında həmin məşhur kimi?”

Bu paylaşım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Didem Ceran ona ünvanlanan neqativ və təhqiramiz mesajlardan yorulduğunu da bildirib. O, 2022-ci ildə uğursuz estetik müdaxilə nəticəsində ağır psixoloji sarsıntı keçirdiyini və Koreyada keçirdiyi əməliyyatın bərpa prosesini digər qadınların eyni problemlərlə üzləşməməsi üçün paylaşdığını vurğulayıb.
Ceran bildirib ki, bu paylaşımlardan heç bir maddi qazanc əldə etməyib və məqsədi yalnız öz təcrübəsini bölüşmək olub.
Fenomen ona yazılan bəzi sərt rəylərdən, o cümlədən bir həkim tərəfindən göndərildiyini iddia etdiyi təhqiramiz mesajlardan dərin məyusluq keçirdiyini qeyd edib.
Didem Ceran yaxın günlərdə yeni bir əməliyyat keçirəcəyini açıqlayaraq bundan sonrakı bərpa prosesini yalnız onu dəstəkləyən izləyicilərlə paylaşacağını və ya ümumiyyətlə paylaşmayacağını bildirib.
O, sözlərini belə yekunlaşdırıb:
“Özümü qorumaq da mənim haqqımdır. Məndən bu qədər narahat olanlara isə sadə bir həll yolu təklif edirəm: məni izləməyi dayandırın.”