Nadir xəstəlik səbəbindən ayaqları qeyri-adi ölçülərə çatan Fanni Mills 19-cu əsrin ən çox diqqət çəkən simalarından birinə çevrilib.
Sherg.az xəbər verir ki, ABŞ-də “Ohio Big Foot Girl” kimi tanınan Fanni Mills, dövrün şou səhnələrində çıxış edərək minlərlə insanın maraqla izlədiyi bir fiqura çevrilmişdi. Onun bu şöhrətinin arxasında isə limfa sistemi ilə bağlı nadir bir xəstəlik dayanırdı.

Məlumata görə, uşaqlıq illərindən etibarən ayaq və ayaq biləklərində qeyri-adi böyümə müşahidə olunan Fanni Mills zamanla ağır fiziki çətinliklərlə üzləşib. Sonrakı tədqiqatlarda onun Milroy xəstəliyinə bənzər nadir bir pozuntuya sahib olduğu qeyd edilib.
Ailəsinin uzun müddət onu şou səhnələrinə çıxarmaq təkliflərini rədd etdiyi bildirilir. Lakin atasının vəfatından sonra Fanni Mills 1885-ci ildə Nyu-Yorkda səhnəyə çıxaraq qısa zamanda böyük şöhrət qazanıb.
O, həyatının sonrakı illərində həm diqqət mərkəzində olan bir şou fiquru, həm də fərqlilikləri ilə yaşayan bir qadın kimi tarixə düşüb. 1899-cu ildə vəfat edən Fanni Millsin hekayəsi bu gün də tibb tarixi və şou mədəniyyəti araşdırmalarında xatırlanır.