Elmi kəşf: Alüminium gələcəkdə qızıldan daha qiymətli olacaq

"Kings College London" və "Trinity College Dublin" alimləri yeni “cyclotrialumane” adlı alüminium birləşməsi hazırlayıblar.

Sherg.az xəbər verir ki, araşdırma Nature Communications jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, bu yeni quruluş sayəsində alüminium bəzi kimyəvi reaksiyalarda platin və palladium kimi bahalı metallardan daha güclü katalizator kimi çıxış edə bilər.

Alimlər hesab edir ki, yer üzündə çox bol və ucuz olan alüminiumun belə istifadə olunması hidrogen enerjisi və plastik istehsalı kimi sahələrdə böyük sənaye inqilabına səbəb ola bilər.