Elon Mask kosmos şirkəti SpaceX-in səhmlərinin birjada ticarətə açılmasından sonra baş verən kəskin dəyər artımı ilə tarixə düşüb.
Məlumata görə, SpaceX səhmləri 135 dollardan bazara çıxarıldıqdan sonra ilk saatlarda 22 faiz bahalaşaraq 165 dollara yüksəlib. Bu artım nəticəsində şirkətin ümumi dəyəri 2,16 trilyon dollara çatıb.
Şirkətin 42 faizinə sahib olan Elon Maskın sərvətinin 1,1 trilyon dollara yüksəldiyi və bununla da onun “tarixin ilk dollar trilyoneri” olduğu bildirilir.