Ev pişikləri sahiblərinə bağlanmır - “Nankör pişik” ifadəsi doğru imiş

Yeni araşdırma göstərir ki, pişiklər sahiblərinə itlər kimi bağlı deyillər. Macarıstanın Eötvös Lorand Universitetində aparılan tədqiqatda pişiklərin sahiblərinə “bərabər” münasibət göstərdiyi müəyyən olunub.

Araşdırmada 15 terapiya pişiyi və 13 ev pişiyi izlənilib. Terapiya pişikləri yeni mühitlərə və insanlara alışdıqları üçün seçilib. Nəticələr göstərib ki, terapiya pişikləri sahibləri otaqdan çıxsa belə yad insanlara sahibləri qədər dostcanlı yanaşa bilirlər. Ev pişikləri isə həm sahiblərinə, həm də yad insanlara fərqli reaksiya göstərməyib.

Araşdırmanı aparan Dr. Peter Pongracz bildirir ki, pişiklərin evciləşmə prosesi itlərdən fərqlidir. “İtlər insanlara asılı olur, pişiklər isə müstəqil ovçular olaraq qalır. Onlar sahibləri ilə bərabər yaşayırlar, bağlanma isə bioloji olaraq onlara lazım deyil”, - deyə Pongracz əlavə edib.

Tədqiqatda pişiklərin sahiblərinə asılı olub-olmadığını ölçmək üçün üç meyar istifadə olunub: sahibinə yaxın qalma, sahibin yoxluğunda narahatlıq, dostcanlı yad insanlara yanaşma. Nəticə göstərir ki, pişiklər qarşılıqlı faydaya əsaslanan əlaqə yaratsa da, itlərdə olduğu kimi asılılıq üzərində qurulan bağ formalaşdırmırlar.