NASA-nın Adanada doğulan astronavtı Deniz Burnham 2027-ci ildə iştirak edəcəyi ilk kosmik missiya öncəsi Türkiyəyə video mesaj göndərib.
Sherg.az xəbər verir ki, Burnham uşaqlıq illərində babasının teleskopu ilə ulduzları və planetləri izlədiyini deyib.
“Anamın anası Aynur Eceabatlı, babam Kadir isə Afyonludur. Nənəm bizi çox gözəl türk yeməkləri ilə böyüdüb. Babamın kosmosa marağı bütün ailəmizə təsir edib. Onun öz teleskopunu düzəltdiyini xatırlayıram. Həyətimizdə ulduzları və planetləri izləyərək saysız-hesabsız saatlar keçirirdik. Nənəm və babam Türkiyədə yaşayır. Tətillərdə onların yanına getməyi çox sevirəm. Kosmosdan nənəmə, babama, Adanalı həmvətənlərimə və bütün dünyaya əl yelləyəcəyəm”, - deyə Burnham bildirib.
Deniz Burnham kimdir?
Deniz Burnham 2021-ci ildə NASA-nın astronavt namizədləri qrupuna seçilib və 2022-ci ilin yanvarında vəzifəsinə başlayıb. O, Kaliforniya Universitetinin San-Dieqo kampusunda kimya mühəndisliyi üzrə bakalavr, Cənubi Kaliforniya Universitetində isə maşınqayırma mühəndisliyi üzrə magistr təhsili alıb.
Burnham ABŞ Hərbi Dəniz Qüvvələrinin Ehtiyat Qüvvələrində mühəndis zabiti kimi xidmət edib. Hazırda o, Dmitri Petelin və Konstantin Borisovla birlikdə “Soyuz MS-30” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya ilk missiyası üçün hazırlıq keçir.