Türkiyə Statistika Qurumunun məlumatına görə son illərdə 35-40 yaş arasında ilk dəfə ana olan qadınların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Alimlər bu yaş qrupuna aid anaların uşaqlarının bəzi koqnitiv testlərdə daha yüksək nəticələr göstərdiyini müəyyən edib.
Araşdırma “London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi” və “Maks Plank Demoqrafik Tədqiqatlar İnstitutu” tərəfindən aparılıb.
Bununla belə, mütəxəssislər bu üstünlüyün bioloji amillərlə deyil, əsasən sosial-iqtisadi şəraitlə əlaqəli olduğunu vurğulayıb.
Araşdırmalara görə, 35-40 yaşlarında ana olan qadınlar adətən ali təhsillərini tamamlamış, peşəkar karyeralarında müəyyən sabitlik əldə etmiş və maliyyə baxımından daha güclü vəziyyətdə olur.
Bu isə onların uşaqlarına daha keyfiyyətli təhsil imkanları, inkişaf mühiti və daha çox diqqət ayırmasına şərait yaradır.
Nəticədə uşaqların zehni inkişafı və öyrənmə bacarıqları müsbət istiqamətdə formalaşır.
Tədqiqat müəllifləri qeyd edib ki, uşaqların inkişafında valideynlərin yaşı qədər onların təhsil səviyyəsi, ailə mühiti və sosial imkanları da mühüm rol oynayır. Saglamolun.Az