Qaynadılmış yumurtanı dərhal yemək vacib deyil: 7 günə qədər saxlanıla bilər

Qaynadılmış yumurtanın soyuducuda nə qədər müddət təhlükəsiz şəkildə saxlanıla biləcəyi ilə bağlı mütəxəssislər açıqlama verib. Bildirilir ki, düzgün şəraitdə saxlanılan qaynadılmış yumurta bir həftəyə qədər istehlak edilə bilər.

Sherg.az xəbər verir ki, səhər yeməklərinin və praktik qidalanmanın əsas məhsullarından biri olan qaynadılmış yumurtanı əvvəlcədən hazırlamaq mümkündür. Lakin onun saxlanma şəraiti və müddəti qidanın təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.

Mütəxəssislərin fikrincə, qaynadılmış yumurta soyuducuda düzgün temperaturda saxlanılarsa, ən çox 7 gün ərzində istehlak edilməlidir.

Otaq temperaturunda isə yumurtanın təhlükəsiz qalma müddəti xeyli qısadır. Buna görə də əvvəlcədən bir neçə yumurta qaynadaraq gün ərzində istifadə etmək istəyənlər onları soyuducuda saxlamağa üstünlük verməlidirlər.