Yaponiyada stress və daxili gərginliklə mübarizə üçün fərqli bir üsul populyarlıq qazanır.
Musavat.com xəbər verir ki, ölkədə bəzi mərkəzlərdə insanlara “tabutda uzanmaq” adlı xüsusi meditasiya xidməti təqdim olunur.
Bu qeyri-adi ideya ilk olaraq Çiba prefekturasında yerləşən dəfn evi tərəfindən tətbiq edilib və qısa müddətdə digər yerlərə də yayılıb. Təcrübənin məqsədi insanın simvolik şəkildə ölümü “hiss etməsi”, həyatına başqa prizmadan baxması və yaşadığı anın dəyərini daha dərindən anlamasıdır.
İştirakçılar təxminən 30 dəqiqə ərzində tabutun içində sakit vəziyyətdə uzanır, sükuta riayət edir və düşüncələrini cəmləşdirirlər. Bəzi mərkəzlər isə əlavə olaraq sakit musiqi və ya tavanda göstərilən videolarla daha komfortlu şərait yaradır.