“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”

Özünü “Yeni Nostradamus” adlandıran və “Qiyamət xəbərçisi” kimi tanınan Craig Hamilton-Parker ABŞ və Donald Tramp barədə növbəti qorxulu proqnozları ilə gündəmə gəlib.

Hamilton-Parker bildirib ki, yaxın iki il ərzində ABŞ birbaşa hücum təhlükəsi ilə üzləşə bilər. O, nüvə hücumu ehtimalını zəif saysa da, ölkəni “dərindən sarsıdacaq” fiziki hücumun mümkün olduğunu iddia edib.

Sherg.az xarici KİV-ə istinadən xəbər verir ki, “Yeni Nostradamus” həmçinin Trampa qarşı daha bir sui-qəsd cəhdinin ola biləcəyini deyərək, ABŞ prezidentinin “daha ağır günlərlə” qarşılaşacağını iddia edib.

O, xüsusilə Çin-Tayvan gərginliyinin qlobal qarşıdurmanı alovlandıra biləcək “tətik nöqtəsi”nə çevrildiyini vurğulayıb. Hamilton-Parkerın açıqlamaları ABŞ-nin təhlükəsizlik riskləri və Trampın siyasi gələcəyi ilə bağlı müzakirələri yenidən gücləndirib.