Sahib İbrahimov: "Şəhidsiz Vətən olmur...!"

Rubrikamızın ikinci qonağı sevilən müğənni Sahib İbrahimovun dəstək mesajını təqdim edirik: “Mən sənət adamından öncə müharibə veteranıyam. 1992-1996-cı illərdə müharibədə olmuşam. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidsiz Vətən olmur, Vətənimizin başı sağ olsun.

Hər halda Ali Baş Komandanımız, Müdafiə Nazirliyi məsələni nəzarət altına alacaqlar. Mənfur düşmənlərimizin cavabları verilib, veriləcək.

İgid əsgərlərimiz qəhrəmancasına xain hücumları dəf etdilər. Təbii ki, döyüşlər, müharibələr şəhidsiz ötüşmür. Şəhid olan balalarımızın ruhu şad olsun. Valideynlərinin, doğmalarının, xalqımızın başı sağ olsun”.