Adil Kərimli Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib

Mədəniyyət naziri Adil Kərimli Xalq şairi Nəriman Həsənzadəni xəstəxanada ziyarət edib.

Bu barədə APA-ya Xalq şairinin köməkçisi Aref Mehmandost məlumat verib.

Qeyd edək ki, Nəriman Həsənzadə bir müddətdir Mərkəzi Klinik Xəstəxanada stasionar müalicə alır. Vəziyyəti ağır stabil olaraq qalır.