Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır - “Dirik tarix” layihəsi

Özbəkistan Respublikası Prezidentinin qərarına əsasən, Özbəkistan Kinematoqrafiya Agentliyi tərəfindən 54 filmdən ibarət “Dirik tarix” adlı tarixi filmlər proqramı hazırlanmaqdadır. Bu filmlər arasında “Maqsud Şəykhzada”, “Molla Nəsrəddin” kimi Azərbaycanla bağlı filmlər də yer alıb. Bu haqda Sherg.az-a Filologiya üzrə fəlsəfə doktoru, Kino prodüser Məmmədov Bəxtiyar məlumat verib.Bu filmləri Azərbaycandakı kinostudiyalarla əməkdaşlıq çərçivəsində istehsal etmək niyyətimiz var. Qeyd edək ki, bu ilin 13–17 dekabr tarixlərində Daşkənddə “Dirik tarix” filmləri üzrə beynəlxalq forum keçirilib. Əməkdaşlıq etmək istəyən Azərbaycan kinostudiyaları da Daşkənddə keçirilən foruma dəvət olunub.