“Vüqarı ayağındakı yara apardı”
“Şəkər xəstəliyi olduğu üçün mərhumun ayağındakı yara sağalmayıb”
“Çoxdandır, Vüqarın ayağında yara var idi, sağalmırdı. Bəlkə də, biz bilmirik, hər halda ekspertiziyada baxıblar.”
Bu sözləri “Sherg.az”a açıqlamasında tanınmış meyxanaçı Balaəli Maştağalı mərhum dostu söz üstadı Vüqar Biləcərinin ölüm səbəbi ilə bağlı danışarkən söyləyib. Balaəli bəyin, zənnincə şəkər xəstəliyi olduğu üçün mərhumun ayağındakı yara sağalmayıb:
“Dəqiq bilmirəm. Amma yara qanqrenaya çevrilib. Ciyərində də xəstəlik var idi, ayağındakı irinləmə ona da təsir göstərib. Ekspertizada ölüm səbəbini zəhərlənmə yazıblar. Laxtalanmış qan bədəninə yayılıb. Vüqarı ayağındakı yara apardı”.
Məlumat üçün qeyd edək ki, söz xridarı Vüqar Biləcəri bir neçə gün öncə vəfat edib. 32 yaşlı şairin qəfil ölümü həm meyxana aləmini həm də meyxanasevərləri dərindən sarsıb.