Polad Bülbüloğlunun qızı Məlahət Abbasovayla bir arada - Fotolar


Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlunun qızı Leylanın yeni fotoları yayımlanıb.

Axşam.az xəbər verir ki, görüntüləri Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Məlahət Abbasova sosial şəbəkədə paylaşıb. 

Sənətçi paylaşımına "Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun tərtib etdiyi "Ulu öndər Heydər Əliyevin anım günü"ndən xatirə" sözlərini yazıb.

Qeyd edək ki, Polad Bülbüloğlunun iki oğlu, bir qızı var.