İtalyan səfir Rusiya XİN-ə çağırıldı

İtaliyanın Moskvadakı səfiri  Çeçiliya Piççioni İtaliyanın RAI (Radiotelevisione italiana) Dövlət Televiziya və Radio Şirkətinin jurnalistlərinin Ukrayna ordusunun hücumunu işıqlandırmaq üçün Kursk vilayətinə qanunsuz daxil olması ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya diplomatik departamentinin bəyanatında deyilir ki, Piççioniyə kəskin etiraz edilib.