Qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb

Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.

"Sherg.az" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 93 964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.