Uralda (Rusiya) həkimlər iki banka enerji içkisi içdikdən sonra insultqabağı vəziyyətdə olan 12 yaşlı uşağı xilas ediblər.
Oxu.az-a bildirir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Qeyd olunub ki, uşaq bir neçə gecə yata bilməyib, sonra onda şiddətli başağrısı başlayıb, sifəti əyilib, bədəninin yarısı keyiyib. Ona insultqabağı vəziyyət diaqnozu qoyulub.
Həkimlər qeyd ediblər ki, valideynlərinin ayıq-sayıqlığı sayəsində uşağa vaxtında köməklik göstərmək mümkün olub. Şagird artıq evə qayıdıb və ailəsinə bir daha enerji içkiləri içməyəcəyinə söz verib. Həkimlər bildiriblər ki, uşaqların sinir sistemi hələ belə içkiləri içmək üçün kifayət qədər güclü deyil, ona görə də onların təsiri gözlənilməz ola bilər.
Məsələyə münasibət bildirən dietoloq Ləman Süleymanova “Sherg.az”a bildirib ki, müasir dövrümüzün zəhərlərindəndə biri enerji içkiləridir:
“Enerji içkiləri adı altında satılan bütün içkilərin hər bindən insanların sayının azaldılması məqsədilə istifadə edilir. İnsanları xəstəliklərə sürükləyən qida məhsullarıdır. Xüsusən də zəhərli maddələr qatılan qidalar və içkilərin hər biri insanın orqanına ağır təsir göstərir. Onlar qaraciyərə dağıdıcı zərbə vurur, maddələr mübadiləsini zəiflədir, həmçinin insanda hər hansı xəstəliyə meyillilik varsa, həmin xəstəliyi sürətləndirir və orqanların immunitetini aşağı salır. Müasir enerji içkilərinin tərkibinin üzərində gördüyümüz kofein, vitaminlər, dadlandırıcılar və bitki mənşəli əlavələrdir. Ancaq pərdə arxasında qeyd olunmayan, lakin istifadə edilən xüsusi maddələr var. Həmin maddələr insan orqanizminə dağıdıcı zərbə vurur. Enerji içkilərində müxtəlif cür insana təsir edən narkotik maddələrdə mövcuddur. Bunlar insanın əhval ruhiyyəsinə təsir etmir. Bu yalançı bir erroziyadır. İşbazlar psixoloji insanları tanıyırlar. Enerji içkiləri, insanlara enerji vermir. Bu yalan bir söhbətdir. Adicə insan kofe içəndə belə əhvalı düzəlir.
L.Süleymanova qeyd etdi ki, daxilə qəbul edilən maddələr birbaşa qanla təmasa girir:
“Qanla təmasa girdiyi üçün oksidləşmə baş verir və əzələlərə, beynə təsir göstərir. Narkotik tipli xasiyyətini göstərərək, insanda rahatlıq yaradır. 2 saatdan sonra isə təsiri öldüyü üçün insan yenə enerji içkisi istəyir. Bu isə həmin narkotik qatqının sayəsində baş verir. İnsan fərqinə varmadan həmin içkinin aludəçisi olduqdan bir müddət sonra isə orqanları zəiflədir və sıradan çıxarır. Enerji içkisi içən insanların dərisi qırış, gözləri avazıyır, halsız olurlar, immunitet düşür, saçlar tökülür, qaraciyər və digər orqanlarda sıradan çıxır. Gündəlik 1-2 ədəd enerji içkisi içən insanın 5 ay sonra orqanizmdə ciddi problem əmələ gəlir. Enerji içkisi içən kişilərdə sonsuzluq və cinsən zəiflik yaranır, qadınlarda isə ginekoloji problemlər və süd vəzi xərçəngi əmələ gəlir. İçkilər sümük-əzələ sisteminə, beyin-qan dövranına və orqanların fəaliyyətinə ciddi təsir göstərir. Haşimoto xəstəliyindən əziyyət çəkən insanlar bu cür içkilərdən 1 ay istifadə etsələr ciddi problemlər əmələ gələ bilər. Həmçinin enerji içkisi içdikdən yarım saat sonra alkoqollu içki içsəniz toksik zəhərlənməyə gətirib çıxara bilir. Bəzi hallarda enerji içkilərinin vaxtını yeniləyərək satırlar. Rusiyada baş verən hadisədə isə ehtimal edirəm ki, məktəbli enerji içkisindən ya yarım saat sonra alkoqol qəbul edib, ya enerji içkisinin vaxtı keçib, ya da alkoqol ilə enerji içkisini qarışdırıb. Məsləhətim odur ki, enerji içkilərini baykod edin. Müəyyən Avropa ölkələrində, əsasən də Rusiyada enerji içkisi ilə alkoqolu qarışdırmaq dəb halını alıb. İstənilən alkoqollu içkini enerji içkisinin içərisinə tökürlər. Bu isə zəhərlənmələrə gətirib çıxarır”.
Dietoloq Sevinc Həsənzadə isə söyləyib ki, enerji içkiləri ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaradır:
“Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri həmçinin qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur. Bu içkilərin tərkibində yüksək miqdarda kofein, taurin var. Hətta bəzi enerji içkilərinə kofein daha sərtləşdirilmiş formada qatılır. Bu maddələr gündəlik qəbul normasından artıq olduqda ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır. Ölkəmizdə davam edən yay fəsli ilə əlaqədar olaraq su ehtiyacını qarşılamaq üçün əlində enerji içkisi ilə gözə dəyən cavanların sayında artım nəzərə çarpır. "Enerji içkiləri" tərkibində kafein, taurin, ginsenq, quarana, vitaminlər, herbal bitki əlavələri və şəkər olan alkoqolsuz içkilərdir. Bu maddələr sinir sisteminə stimulyator təsir göstərərək fiziki və zehni aktivliyi, diqqəti artırıcı, oyadıcı, yuxunu gecikdirici təsir göstərir. Kofein əsas tərkib maddəsidir və onun miqdarı çay, ya da kofedəkindən 3-5 dəfə artıqdır. Enerji içkilərinin asılılıq yaratdığı da bilinir. Belə insanlarda zehni, psixi və davranış problemləri yaranır. Onlar içkini tərgidə bilmir, zərərli olduğunu bilərək içməyə davam edirlər. Kofein asılılığı olanlar enerji içkisini tərgidəndə son dozadan sonrakı 12-24 saat ərzində baş ağrısı, daha sonra isə diqqəti toplamaqda çətinlik, depresiya, yuxusuzluq, ruh dəyişikliyi yaranır. Enerji içkilərini alkoqollu içkilərlə qarışdırıb içənlərdə alkoqolun təsiri daha da artır. Siqaret çəkənlərdə isə nikotinin təsirini gücləndirir. Əksər enerji içkilərinin tərkibində var olan 2 şəkər tipi şəkərli diabet yaranmasına kömək edir".