Bu çatışmazlıq cinsi zəiflik yaradır - Kişilərin DİQQƏTİNƏ!

Progesteron həm qadınlarda, həm də kişilərdə olan hormondur. 
Sfera.az xəbər verir ki, bu hormonun faydaları barədə ABŞ alimləri araşdırma aparıblar.

Progesteron hormonu qadınlarda yumurtalıqlar, kişilərdə isə testislər və böyrəküstü vəzilər tərəfindən istehsal olunur.  Qadınlarda progesteron menstrual dövrün ikinci yarısında yumurtalamadan sonra yüksəlir və rəhmi mümkün hamiləlik üçün hazırlayır. Bu hormon uşaqlığın divarını qalınlaşdırır və döllənmiş yumurtanın uşaqlığa yerləşməsinə kömək edir.  O hamiləlik dönəmində dölün sağlam inkişafını dəstəkləyir. İmmun sitemini balanslaşdıraraq orqanizmin dölü rədd etməsinin qarşısını alır. Hamiləlikdən sonra isə bu hormon süd vəzilərinin fəaliyyətini və süd ifrazını stimullaşdırır.

Progesteron hormonu kişinin reproduktiv və ümumi sağlamlığına da təsir göstərir. O, testosteron hormonunun istehsalında da iştirak edir, prostat vəzinin sağlamlığını təmin edir və onun həddindən artıq böyüməsinin qarşısını alır. 
Aparılan araşdırmalar progesteron hormonunun beyin sağlamlığına da müsbət təsiri olduğunu üzə çıxarıb. O, idrak funksiyalarını yaxşılaşdırır və nevroloji tarazlığı qoruyur.


Progesteron hormonunun pozulması qadınlarda menstrual dövrün nizamını itirməsinə, sonsuzluq və döl düşüşünə səbəb olur. Kişilərdə isə prostat problemləri və cinsi disfunksiya yaradır.