Türkiyə Xarici İşlər naziri Hakan Fidan NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ABŞ dövlət katibi Marco Rubio ilə görüşüb.
Sherg.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş İsveçin Helsinqborq şəhərində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində baş tutub.
Tərəflərin görüşdə ikitərəfli münasibətlər və NATO çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdiyi bildirilib.