Rubio: Bəzi ölkələr İranla müharibəyə qoşulmağa hazır olduqlarını bildiriblər

ABŞ dövlət katibi Marko Rubio bəzi ölkələrin İranla mümkün hərbi qarşıdurma halında Vaşinqtona dəstək verməyə hazır olduqlarını açıqlayıb.

APA xəbər verir ki, Rubio bu barədə NATO xarici işlər nazirlərinin Helsinqborqda keçirilən görüşü zamanı jurnalistlərə danışıb.

Onun sözlərinə görə, əgər İran Hörmüz boğazını açmaqdan imtina etsə, beynəlxalq müdaxilə zəruri ola bilər:

“ABŞ bunu təkbaşına edə bilər. Amma bəzi ölkələr də prosesdə iştirak etməyə maraqlı olduqlarını bildiriblər”.

Rubio qeyd edib ki, hələlik heç bir rəsmi öhdəlik və ya konkret müraciət yoxdur:

“Bu, vaxtından əvvəl olardı. Amma belə bir ssenari ilə qarşılaşa biləcəyimizi gündəmə gətirdim”.

Dövlət katibi əlavə edib ki, Vaşinqton hərbi eskalasiya deyil, Tehranla razılaşma əldə olunmasını istəyir.