Ermənistanda MSK müxalifət liderinin cinayət məsuliyyətinə cəlb olunmasına icazə verdi

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) prokurorluğun Çiçəklənən Ermənistan Partiyasından parlament seçkilərinə namizəd Andranik Tevanyana qarşı cinayət təqibinin başlanması ilə bağlı tələbini təmin edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

22 may səhəri təhlükəsizlik qüvvələrinin müxalifət liderinin ofisində, sonra isə mənzilində axtarış aparıb.

Mayın 21-də Ermənistanın İstintaq Komitəsi Tevanyana qarşı dövlətə xəyanət və casusluq ittihamları ilə cinayət işi açıldığını elan edib. Siyasətçinin özü ittihamları absurd və əsassız adlandırıb.