ABŞ dəstək verməsəydi, Ukrayna cəzarət etməzdi - Patruşev

Qərb ölkələri cinayətkar xuntanı silahla gücləndirir, həmçinin onu kəşfiyyat məlumatları ilə təmin və hərəkətlərinə nəzarət edir. Kursk vilayətində əməliyyat həm də NATO və Qərb kəşfiyyat xidmətlərinin iştirakı ilə planlaşdırılıb.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidentinin köməkçisi Nikolay Patruşev deyib.

O bildirib ki, ABŞ rəhbərliyinin Kiyevin Kursk vilayətindəki cinayətlərdə iştirak etməməsi ilə bağlı bəyanatları reallığa uyğun gəlmir:

"ABŞ həmişə bir şey deyir, başqa şey edir. Onların iştirakı və birbaşa dəstəyi olmasaydı, Kiyev Rusiya ərazisinə daxil olmaq riskinə girməzdi".