Quterreş dünyanın Qəzzanın cənubunda olanları izlədiyini deyib

BMT-nin Baş katibi Antonio Quterreş İsrailin intensiv hücumlarının davam etdiyi Qəzzanın cənubunda, dünyanın fələstinlilərin əzablarının artmasını seyr etdiyini deyib.

APA xəbər verir ki, Quterreş bunu BMT-nin Nyu-Yorkdakı qərargahında mətbuata açıqlamasında deyib.


“Qəzzadakı fələstinlilər üçün bundan daha pis nə ola bilər deyə düşünsək də, cənubda əzab-əziyyət artmaqdadır və dünya bunu izləyir”, - deyəbildirib.

Qəzzada humanitar baxımdan tənəzzül olduğunu bildirən Quterreş, son həftələrdə bölgədəki tullantı sularında poliomielit virusunun aşkarlandığını və bunun hal-hazırda virusun risk altında olan yüz minlərlə uşaqda olduğu anlamına gəldiyini bildirib.

Bunun üçün də o BMT-nin Qəzzada 340 mindən çox uşaq üçün həyati əhəmiyyət kəsb edən poliomielit peyvəndi kampaniyası başlatmağa hazırlaşdığını deyib.

Quterreş Qəzzada təmiz su və kanalizasiya sistemlərinin dağıdılması, xəstəxanaların əksəriyyətinin xidmətə yararsız hala düşməsi və insanların təhlükəsizlik səbəbilə daim qaçmaq məcburiyyətində qalması kimi çətinliklərə də toxunub.