HƏMAS-dan Doha danışıqlarına reaksiya

Qəzza zolağında münaqişənin həlli üzrə Dohada keçirilən məsləhətləşmələrin nəticələri əvvəllər əldə edilmiş razılaşmalara uyğun gəlmir.

Axar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalına HƏMAS-ın adı açıqlanmayan nümayəndəsi deyib.

"Doha danışıqlarının nəticələri barədə bizə deyilənlərə iyulun 2-də razılaşdırılmış öhdəliklər daxil deyil", - o, təfərrüatı dəqiqləşdirmədən bildirib.

Qeyd edək ki, bu gün Dohada Qəzza ilə bağlı keçirilən görüş başa çatıb. Yekun bəyanat yayılıb.