Bir müddətdir aktyor Murad İsmayıl ilə həyat yoldaşı aktrisa Ülviyyə Xəlilbəylinin ayrıldığı söylənilir.
Aktrisa həmin iddialara aydınlıq gətirib.
"Sherg.az" xəbər verir ki, instaqram izləyicilərindən gələn sualları cavablayan Ü.Xəlilbəyli bir daha belə mövzunun açılmamasını istəyib:
"Bu haqda heç vaxt danışmamışam. Daha çox susmağa üstünlük vermişəm. İlk dəfə danışacam. Hər ailədə problem yaşanır və nəticəsində soyuqluq ola bilir. Amma boşanmamışam".
Qeyd edək ki, cütlüyün iki övladı var.